Dünyanın ən ucuz avtomobilini bu ölkə satışa çıxarır - VİDEO

21.03.2019 10:11

Hindistan avtomobil istehsalçısı "Bajaj” minimum yanacaq sərf edən "Qute” avtomobillərinin daxili bazarda satışına başlayıb.

"İnterfaks” xəbər verir ki, avtomobilin dəyəri 263 min rupi (təxminən 3 min 800 ABŞ dolları) olacaq.

Nəşrin məlumatına görə, şirkət bu avtomobilləri 2015-ci ildən istehsal etməyə başlayıb. Ancaq onun vahid nəqliyyat qaydalarına uyğunsuzluğu aşkarlandıqdan sonra istehsal dayandırılıb. 2017-ci ildən isə uyğunsuzluq aradan qaldırılıb.

"Bajaj Qute”nin uzunluğu 2752 mm, eni 1312 mm, hündürlüyü isə 1652 millimetrdir.

Avtomobil təksilindrli mühərriklə təchiz olunub. Maşın saatda maksimum 70 kilometr məsafə qət edə bilir. Onun 100 km məsafədə sərf etdiyi yanacağın həcmi 3 litrdən çox olmur./Teleqarf.com

© xezerxeber.az


809 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR