ABŞ-da NƏFƏSLƏR TUTULDU: Son 100 ilin ən güclü QASIRĞASI - VİDEO

11.10.2018 16:53

"Maykl" qasırğasının Florida sahillərinə çatdığı bildirilir.

ABŞ Milli Mərkəzinin son məlumatına görə, küləyin sürəti 240 km/saata çatıb.

***

Ötən ay ABŞ-ın Cənubi və Şimali Karolina ştatını cənginə alan "Florens" qasırğasından sonra daha bir təhlükə yaşanacaq.

Bu dəfə oktyabrın 11-i Bakı vaxtı ilə 01:00-da "Maykl" qasırğası Florida ştatına çatacaq.

Qasırğa saatda 225 kilometr sürətlə ştata yaxınlaşır. Qasırğanın şiddətini daha da artıracağı və sürətinin saatda 233 kilometri keçəcəyi barədə əhaliyə xəbərdarlıq edilib.

Qeyd edək ki, sözügedən qasırğanın son 100 ilin ən güclüsü olacağı ehtimal edilir.

© xezerxeber.az

FOTOQALERIYA






579 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR