Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Ölkəyə daxil olan nəqliyyat vasitələrinin ölkədəqalma müddətinin ləğvi nəzərdə tutulub

26.09.2018 13:01

Gömrük qanunvericiliyində ölkəyə daxil olan nəqliyyat vasitələrinin ölkədəqalma müddətinin ləğvi nəzərdə tutulur.

Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin Hüquqi Təminat İdarəsinin rəisi Sənan Muxtarov "Gömrük İslahatları və Modernləşdirmə" mövzusunda keçirilən təlimdə deyib.

O bildirib ki, hazırda ölkəyə daxil olan nəqliyyat vasitələri 90 gün ərzində ölkəni tərk etməli, ölkəni tərk edən nəqliyyat vasitələri isə 2 il müddətində geri qayıtmalıdır. Turizmin inkişafına dəstək olmaq üçün bu müddətin ləğv edilməsi ilə bağlı gömrük qanunvericiliyində dəyişiklik nəzərdə tutulub və bu məsələ ilə bağlı hökumətə təklif göndərilib. Təklif təsdiqləndiyi halda bu müddətin ləğv edilməsi planlaşdırılır.

© xezerxeber.az

FOTOQALERIYA






2574 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR