Sosial şəbəkələrdə terror çağırışı: Xəzər TV də hədəf götürülüb - VİDEO

09.07.2018 19:02

Virtual aləmdə təhlükəli tendensiya başlayıb. Gəncə də törədilmiş terror aktı ilə istəklərinə çata bilməyən qüvvələr indi sosial şəbəkələrdə terror çağırışlarına başlayıblar. Bu çirkin əməllərində Xəzər televiziyasını da ləkələməyə çalışırlar. Loqomuzdan istifadə edərək vətəndaşları itaətsizliyə çağıraraq qarşıdurma yaratmağa çalışırlar.

Dövlətçilik əleyhinə müxtəlif video materiallar hazırlayıb, sosial şəbəkələrdə paylaşırlar, terrora çağırışlar edirlər. Özü də Xəzər TV-nin loqusundan istifadə olunmaqla.

Xəzər TV-nin yayım siyasətinə uyğun gəlməyən bu video-materialların hazırlanmasında məqsəd nədir? Bunu etməklə kim nəyə nail olmaq istəyir?

Heç kimə sirr deyil ki, Xəzər TV cəmiyyətdə kifayət qədər böyük nüfuza malikdir. Fəaliyyətdə olduğumuz 11 ildə daim dövlətimizin, dövlətçiliyimizin möhkəmlənməsi, daha da qüdrətlənməsi əsas amalımız olub. Görünür müəyyən dairələr öz auditoriyalarını genişləndirmək, insanları öz yalanlarına inandırmaq üçün Xəzər TV-nin nüfuzundan istifadə etməyi hədəfləyiblər.

Tam qətiyyətlə demək olar ki, Gəncə terroru davam edir, bu dəfə sosial şəbəkələrdə. Terrorçu ətrafında mif yaratmaq, onu qəhrəmalaşdırmaq, vətəndaş itaətsizliyinə çağırışlar etmək fikrimizin həqiqiliyinə şübhə yeri qoymur.

Sosial şəbəkələrdəki dırnaqarası qəhrəmanlar saxta profillərdən istifadə edir və hazırladıqları videoların üzərinə Xəzər TV-nin loqotipini yerləşdirirlər. Yunis Səfərovun törətdiyi cinayətlə bağlı rəsmi orqanların 4 gün öncə yaydıqları bəyanatda da bildirildiyi kimi terror aktı mütəşəkkil dəstə tərəfindən hazırlanaraq törədilib və bu dəstənin daha üç üzvü də saxlanılıb. Görünən odur ki, terror hazırlığı iki mərhələdə planlaşdırılıb: 1. Gəncənin icra başçısını fiziki cəhətdən yox etmək. 2. Terorçunun qəhrəman obrazını yaratmaq. Birinci niyyətlərinə tam çata bilməyən qüvvələr bütün güclərini ikinci niyyətin reallaşmasına yönəldiblər.

Əslində Xəzər TV ilə bağlı sosial şəbəkələrdə təxribat cəhdləri bir neçə il əvvəl "Müsəlman Birliyi Hərəkatı"nın sədri, Taleh Bağırovun həbsi ərəfəsində başlamışdı. Görünür hadisələr eyni mərkəzdən idarə olunur. Xatırladaq ki, Yunis Səfərovun telefonunda tapılmış video müraciətdə terror aktının Müsəlman Birliyi Hərəkatı ilə bağlılığından bəhs olunur. Bir sözlə görünən dağ bələdçi istəmir.

Qeyd edək ki başverən hadisə ilə bağlı Xəzər TV tərəfindən sosial şəbəkələrin mərkəzi ofislərinə şikayət məktubları artıq göndərilib.

Sonda bir məqamı da xatırladaq ki, cinayət məcəlləsinin 214-cü maddəsinin 2-ci bəndəsinə əsasən terrora çağırışın cəzası 5 illik həbsdi. İnanırıq ki, hüquq-mühafizə orqanları mütəşəkkil terrorçu dəstənin sosial şəbəkələrdəki uzantılarını da tezliklə ifşa edəcək.

 


© xezerxeber.az

FOTOQALERIYA






4922 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR