ŞOK OLACAQSINIZ: 2 rusdan Bakıda DƏHŞƏTLİ ƏMƏL

16.05.2018 16:59

Bakıda qadını öldürməkdə təqsirləndirilən Dmitriy Razumniy və Samir Zenyukovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra onların apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.

Növbəti proses mayın 29-də davam edəcək.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Dimitriy Razumniy 18 il, Samir Zenyukov isə 19 il müddətinə azadlıqdan məhrum olunub.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər, onlar barələrində təyin olunan cəzanın yüngülləşdirilməsini xahiş ediblər.

İttihama görə, qətl hadisəsi ötən il aprelin 30-da Səbail rayon Neftçilər prospektində mənzildə baş verib.

Həmin mənzildə Rusiya vətəndaşı Samir Zenyukov tanışı Dmitriy Razumnıy ilə birgə yaşayıb.

Onlar qadın tanışları 1971-ci il təvəllüdlü Yelena Sandrandinova yaşadıqları mənzilə gətiriblər. Yeyib-içmək məclisindən sonra Samir Yelena ilə cinsi əlaqədə olmaq istəyib. Qadın etiraz edib və evin dəhlizinə çıxıb. Samir də Yelenanın arxasıyca dəhlizə çıxaraq onun baş və bədən hissələrinə yumruq, təpik zərbələri vurub.

Dmitriy Razummıy da dostu Samirə kömək edərək qadını döyüblər. Sonra onlar qadını soyunduraraq divana uzadıb, orada qadına qarşı seksual xarakterli hərəkətlər ediblər. Qadın özündən gedib.

Samir Zenyukov Yelenaya seksual xarakterli hərəkətlər edərək yatıb. Gecə saat 4-də Samir yenidən yuxudan oyanaraq Yelena ilə cinsi münasibətdə olmaq istəyib. Bu zaman o qadının öldüyünü bilib.

O, dostu ilə birlikdə qadının paltarlarını əyninə geyindirək evdən çölə çıxarıb, daha sonra meyiti Qız Qalasının yaxınlığında həyətdə bir küncə qoyub.

Yelena Sandrandinovanın meyitini polis aşkarlayıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində Samir Zenyukov və Dmitriy Razummıy həbs edilib.

Məlum olub ki, onlar sərxoşikən Sandrandinovanı ölənə qədər döyüblər, onun qabırğasını qırıblar və küt alətlə dəfələrlə başına vurublar. Sonra qatillər meyitdən canlarını qurtarmaq üçün onu ikinci mərtəbədən tullayıblar. Bunun ardından qətlin iştirakçıları "vurmağı” davam etdiriblər və yatıblar.

Samir Zenyukov və Dmitriy Razummıy Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 120.2.1-ci (bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə), 120.2.6-cı (zorlama ilə adam öldürmə), 120.2.9-cu (köməksiz vəziyyət adam öldürmə), 29.149.2.1-ci (bir qrup şəxslə zorlamaya cəhd), 29.149.2.4-cü (xüsusi amansızlıqla zorlamaya cəhd), 150.1-ci (seksual xarakterli hərəkət törətmək), 150.2.4-cü (xüsusi amansızlıqla seksual xarakterli hərəkət) maddələri ilə ittiham edilir.

Onu da qeyd edək ki, həm təqsirləndirilən şəxslər, həm də ölən şəxs tüfeyli həyat sürüblər./publika.az

© xezerxeber.az


1146 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR