Azərbaycanda çadır düşərgəsində böyüdü, Paris və Nyu-Yorkun moda dünyasını silkələdi... - VİDEO

13.01.2018 10:44

Səidə Muradova həyatında həmişə bər-bəzək aksessuarları daşımayıb. O, Azərbaycanın işğal edilmiş rayonlarından birində doğulub, erməni işğalı nəticəsində öz evlərini tərk etməli olan yüz minlərlə azərbaycanlıdan biridir. Yeniyetməlik illərini Azərbaycandakı çadır düşərgələrindən birində ağır şərtlər altında yaşayıb. Sonradan İsveçə, oradan Parisə gedərək incəsənət, moda təhsili alıb. Nəhayət Nyu-Yorka yollanıb.

Bu barədə Nyu-Yorkda özünün Object & Dawnbaş bəzək aksessuarları brendini yaradan azərbaycanlı məcburi köçkünün barəsində racked.com saytında yerləşdirilmiş videoreportajda deyilir.

Səidə Muradovanın hazırladığı baş bəzək aksessuarları müxtəlif xalqların yerli ənənələrinə əsaslanır. O, baş bəzək aksessuarlarının nümunəsini işləyib hazırlayır, daha sonra o yeddi ölkədə istehsalçılarla tərəfdaşlıq şəraitində işləyərək onların istehsalını təşkil edir. Azərbaycanlı modelyer öz təcrübəsində qədim masai qəbilələrinin əsrlər boyu istifadə etdiyi baş bəzəkləri nümunələrindən də yararlanır.

"Müasir moda artıq bunları hesaba almır. Lakin mən dünyanın bir çox yerlərində istehsalçılarla işləyərək və yeni dizayn texnologiyalarından, lazerlə kəsmə və 3D-printdən istifadə edərək əsrlər boyu istifadə edilmiş metodları yenidən mükəmməl şəkildə həyata keçirə bilirəm”, - Səidə Muradova deyir.

Virtualaz.org

© xezerxeber.az


750 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR