Hadisə yerinə gələn polislər gördüklərindən ŞOKA DÜŞDÜLƏR: qadın və kişi qeyri-adi pozalarda... - VİDEO

12.09.2017 17:15

ABŞ-ın Ohayo ştatının şərqində, Şərqi Liverpul şəhərciyindən olan polislər növbəti çağırışa gələndə, quruyub qalıblar.

Onlar qeyri-adi pozalarda, qabaq oturacaqlarda kişi və qadının tamamilə hərəkətsiz bədənləri ilə rastlaşırlar. Arxa oturacaqda isə durmadan ağlayan 4 yaşlı uşaq var idi.

Məlum olub ki, körpənin valideynləri narkotikdən istifadə zamanı həddən artıq böyük doza qəbul etdikləri üçün özlərində olmayıblar. Zabit Kevin Tompsonun raportunda deyilir ki, bir müddətdən sonra ata özünə gəlib və rabitəsiz nələrsə danışmağa başlayıb. Sonra yenidən yuxuya gedib. Onun arvadı isə yalnız xəstəxanada özünə gələ bilib.

Həkimlər təyin ediblər ki, uğursuz valideynlər təxminən 2 saat narkotikin təsirində bərk yuxuda olublar. Yəni, körpə 2 saat onun valideynlərinə nə olduğunu anlamadan, ağlayaraq onların ayılmasını gözləyib.

Polis eyni zamanda qeyd edir ki, bu fotonu internetə çıxarmaqda məqsəd, ictimaiyyəti narkotiklərdən yayındırmağa çağırması olub./publika.az



© xezerxeber.az


9592 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR