8 aylıq hamilə olduğunu düşünən qadın şoka düşdü - FOTOLAR

08.09.2017 15:09

İngiltərədə yaşayan 22 yaşlı Kirsti Butler 8 aylıq hamilə olduğunu düşünsə də USM-yə getdikdən sonra şoka düşüb.

Daily Mail xəbər verir ki, qadın 30 həftəlik hamilə olduğunu düşünsə də, əslində 6 həftəlik hamilə olduğu aşkarlanıb. Qarnındakı şişin daha böyük olmasına səbəb isə yumurtalıq kistası imiş. Ən pisi isə yumurtalığı yavaş-yavaş yox etməyə başlayan kista uşağın həyatını təhlükəyə atdığı üçün təcili əməliyyat lazım olur. Həkimlərin bütün səylərinə baxmayaraq qadın 11 həftəlik uşağını itirir. 20 sm-dən böyük olan şiş uşağın ölümünə səbəb olub./AzNews.az

© xezerxeber.az


5246 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR