Quba meşəsində tapılan uşaq başına gələnləri "Xəzər Xəbər"ə danışdı - VİDEO

31.08.2017 20:08

Ötən gün tapılan Quba sakini 6 yaşlı Natiq Əliyev xəstəxanadan evə buraxılıb. O, meşədə yolu azdığı üçün geri qayıda bilmədiyini deyib.

Xezerxeber.az-ın məlumatıa görə, 3 gün meşədə qalan 6 yaşlı uşaq orada tut yediyini bildirib.

hadisə barədə "Xəzər Xəbər"ə danışan Natiq acan zaman tut yediyini və qaranlıqda qorxduğunu bildirib.

Natiqin atası deyir ki, uşağın tapılmasına ümidlərini itirmişdilər.

Natiqin tapılması xəbərini eşitdikdə sevinclərinin həddi-hüdudu olmayıb. Sevincli xəbəri verən ilk zəng isə rayon polis şöbəsindən gəlib.

Meşədə qaldığı vaxt Natiqin bədəninə gənələr girib. Həm də ağcaqanadlar dişlədiyi üçün uşağın bədənində səpkilər və allergiya əmələ gəlib. Özü də psixoloji sarsıntı keçirib.

Valideynləri uşağı müayinə etdirmək üçün paytaxtdakı xəstəxanalardan birinə gətirəcəklər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az


6401 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR