Müğənni Xatirə HƏBS EDİLDİ - SON DƏQİQƏ

21.08.2017 14:15

Xalq artisti Könül Xasıyevanın 70 min manatı dələduzluq yolu ilə ələ keçirən şəxsin məhkəməsi baş tutub.

Nərimanov Rayon Məhkəməsi muğam ifaçısının pulunu qaytarmayan müğənni Xatirə Hacıyeva barədə iki aylıq həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edib.

Bu barədə xalq artistinin vəkili Şəfiqə Nağıyeva məlumat verib. Vəkil operativ işi həyata keçirən hər kəsə təşəkkürünü bildirib:

"Xatirə Hacıyeva barəsində məhkəmə iki aylıq həbs qətimkan tədbrii seçib. Nərimanov rayon polis idarəsinin rəisi Nəriman İmanova, istintaq şöbəsinin rəisi Vüqar İsmayılova, operativ işlədiyi üçün müstəntiq Racib Almazova öz təşəkkürümüzü bildiririk”. (qafqazinfo)

© xezerxeber.az


10898 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR