Gizem Karaca pandemiyanı bostanda keçirir

01.12.2020 15:36

Türkiyəli aktrisa Gizem Karaca yeni xəbərlə gündəmə gəlib.

Xezerxeber.az axşam.az-a istinadən bildirir ki, pandemiya dövrü olduğu üçün Gizem evdə çox vaxt keçirir. Buna görə də aktrisa boş vaxtını dəyərləndirmək üçün kənd təsərrüfatı ilə məşğul olmağa başlayıb.

O, kiçik bağ sahəsində bir çox növdə tərəvəz əkib-becərib. Aktrisa becərdiyi yaşıl soğanı topladığı yerdə çəkdirdiyi fotosunu İnstaqram hesabında paylaşıb. Sənətçi pandemiya dövrünü bostanda keçirdiyini vurğulayıb.

Ramil

© xezerxeber.az


513 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR