Fəxrəddin Manafovun xəstəlik xəbərinə “Təhminə”dən reaksiya

26.09.2020 10:49

Xəbər verdiyimiz kimi Xalq artisti Fəxrəddin Manafov bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib və daha sonra evə buraxılıb. 

Moderator.az aktyorun həmkarı, "Təhminə” filmində birgə oynadığı türkiyəli aktrisa Meral Konratla əlaqə saxlayıb. 



Meral Konrat açıqlamasında aktyorun səhhətindən xəbərsiz olduğunu bildirib:

"Vallah xəbərim yoxdur, indi sizdən eşidirəm. Allah şəfa versin, keçmiş olsun. Necədir?Yaxşıdırmı? Fəxrəddini görsəniz mənim adımdan keçmiş olsun deyərsiz. Bir xəbər olsa mənə də bildirin”, - deyə aktrisa söyləyib.

Qeyd edək ki, aktyorun xəstə olduğu xəbərini müalicə aldığı klinika təsdiqləsə də, hazırda sağlamlıq vəziyyəti qaydasında olan Fəxrəddin Manafov telefon zənglərinə cavab vermir.

© xezerxeber.az


548 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR