Məşhurluqdan bezən Ledi Qaqa intihar etmək istəyib

22.09.2020 14:56

Amerikalı ifaçı Ledi Qaqa birdən-birə şöhrət qazanmasının onda intihar düşüncələri yaratdığını deyib.

Bu barədə o, CBS News-a müsahibəsində bildirib.

34 yaşlı ifaçının sözlərinə görə, məşhurluğun onun ruhi sağlamlığına təsir etdiyini anlayandan sonra hər gün özünü öldürmək barədə düşünüb.

Müsahibə zamanı müğənni sevimli pianosunu göstərib. Onun sözlərinə görə, məşhurlaşandan sonra  bu musiqi alətinin onun həyatını məhv etdiyi qənaətinə gəlib, çünki mahnıları onunla yazmışdı, onu Ledi Qaqa edən o idi.

"Tamamilə ümidsizləşdim, məşhur olmaqdan, ulduz olmaqdan nifrət etdim. Özümü yorğun və tükənmiş hiss edirdim”, - deyə müğənni xatırlayır.

Onun sözlərinə görə, MTV Video Music Awards-ın üç mükafatına layiq görülən "Chromatica” adlı son albomu sayəsində depressiyadan çıxa bilib.

"Artıq Ledi Qaqaya nifrət etmirəm. Heç vaxt olmayacağını düşünsəm də, özümü yenidən sevməyin bir yolunu tapdım”, - deyə ulduz etiraf edib.

Bundan əlavə, Ledi Qaga "Rain on me” adlı mahnısını birgə bəstələdiyi Ariana Grande ilə dostluğunun ona kömək etdiyini qeyd edib.

© xezerxeber.az


631 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR