Dünyanın ən çox məvacib alan aktyorları açıqlandı

12.08.2020 10:56

Dünyanın ən çox məvacib alan aktyorlarının siyahısına il ərzində 87,5 milyon ABŞ dolları qazanan Duayn Conson başçılıq edir.

Siyahını "Forbes” jurnalı dərc edib.

Məlumata görə, ikinci yerdə 71,5 milyon dollarla Rayan Reynolds, üçüncü yerdə isə 58 milyon dollarla Mark Uolberq qərarlaşıb.

İlk beşliyə həmçinin ardıcıllıqla 55 milyon dollarla Ben Afflek və 54 milyon dollarla Vin Disel də daxildirlər.

© xezerxeber.az


626 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR