“Eurovision-2021” Rotterdamda keçiriləcək

17.05.2020 10:40

Koronavirusun yayılması təhlükəsi ilə əlaqədar bu il təxirə salınan "Eurovision” Mahnı Müsabiqəsi 2021-ci ildə Niderlandın Rotterdam şəhərində keçiriləcək.

Bu barədə müsabiqə təşkilatçıları qərar qəbul edib.

Qeyd edək ki, artıq Rotterdamın Şəhər Şurasının üzvləri 2021-ci ildə "Eurovision”u qəbul etməyə səs veriblər. Müsabiqənin "Ahoy” konsert zalında keçirilməsi planlaşdırılır.

Təşkilatçılar zalın icarəsinə, əlavə mühafizəyə və reklam lövhələrinin xərclərinə əlavə 6,7 milyon avro xərcləmək niyyətindədir.

© xezerxeber.az


170 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR