Aktrisa Sevinc depressiyada: “Çox dərinə düşüb səndən uzaqlaşıb”

15.05.2020 15:37

"Özünü güclü göstərmək üçün bəzən duyğusuz görünürsən, amma içində balaca bir ruh var. Tək və kövrək. Və sən onu hamıdan gizlədirsən. Gizlədirsən ki, heç vaxt heç kim xətrinə dəyməsin”.

Bu sözləri tanınmış aktrisa Sevinc Əliyeva instaqramda yazıb.

Yalanlardan və xəyanətlərdən qorunmaq üçün özünü güclü göstərməyə çalışdığını deyən aktrisa artıq mənəvi baxımdan yorulduğunu gizlətməyib: "Hərdən ağlamaq və zəif olmaq üçün xırda bir bəhanə axtarırsan, amma onu da edə bilmirsən. Olmaz! Zamanla dərinin üstünə elə sanki yeni dərilər əlavə olunur, qalınlaşırsan, sərtləşirsən və içindəki balaca ruhun çox dərinə düşüb səndən uzaqlaşdığını və daha ordan çıxmaq istəmədiyini anlayırsan. Darıxıram sənin üçün, balaca Sevam”.

Məlumat üçün bildirək ki, 35 yaşlı ulduz rejissor Fuad Əlişovla evli olub. Cütlüyün nikahından 3 övladı var. Fuad Əlişov boşandıqdan sonra sevgililəri ilə bir neçə dəfə kameralara yaxalansa da, S.Əliyevanın həyatında uzun müddətdir ki, heç kəs yoxdur./publika.az

© xezerxeber.az


255 dəfə oxunub

XƏBƏRLƏR

01.06.2020 21:15

Ümid yeri - VİDEO

ÇOX OXUNANLAR