Cem Yılmazdan Serenay Sarıkaya ilə evlənəcəyi xəbərlərinə özünəməxsus reaksiya - FOTO

07.05.2020 12:58

46 yaşlı məşhur yumorist Cem Yılmazla 28 yaşlı aktrisa Serenay Sarıkayanınevlənəcəkləri xəbərlərininmüzakirə olunduğu bir vaxtda şoumen yazdığı status ilə diqqət mərkəzinə düşüb.

Cem "Twitter” hesabında Serenayla evlənib-evlənməyəcəyinə dair xəbərlərə maraqlı və özünəməxsus şəkildə reaksiya verib.

Yılmaz "Xəbərim olursa, evlənmərəm, evlənsəm, xəbərim olur” statusu ilə yarızarafat, yarıciddi yayılan xəbərlərəmünasibətbildirib.

Qeyd edək ki, Cem özündən 18 yaş kiçik 28 yaşlı Serenaya evlilik təklifi edib. Sarıkaya bir neçə aydır ki, Yılmazla birlikdə yaşayır. Cütlük birgə yaşadığı aylarda evlənmək qərarına gəlib. Cem Serenayla birlikdə ömür sürmək üçün ona tərəf addım atıb.Sarıkayanın cavabı isə hələlik bəlli deyil.

Xatırladaq ki, Cem Yılmaz 2013-cü ildə aktrisa Ahu Yağtudan boşanıb. Serenay Sarıkaya isə üç il yarım sevgili olduğu aktyor Kərəm Bursinlə evlənməyi düşünmədiyini demişdi.

oxu.az

© xezerxeber.az


117 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR