Koronavirusa yoluxan aktrisa nələr yaşadı? - “Qorxunc bədən ağrıları və...”

17.03.2020 19:05

Hollivudun tanınmış aktrisası Reyçel Metyuzda koronavirusun əlamətləri aşkar olunub.

XəzərXəbər xarici mətbuata istinadən xəbər verir ki, müayinədən sonra test nəticələri müsbət çıxan aktrisa müalicəsinin davam etdiyini bildirib.

26 yaşlı kino ulduzu müalicə ərzində nələr yaşadığını instaqramda paylaşıb. Aktrisa suyun müalicəsində inanılmaz faydalarından bəhs edib. O, izləyicilərə çoxlu maye qəbul etməyi və sağlam qidalanmağı tövsiyə edib.

Aktrisa ilk 5 gün ərzində yaşadıqlarını belə izah edib:

1-ci gün- Yorğunluq, baş və boğaz ağrısı;

2-ci gün- Aşağı hərarət, qorxunc bədən ağrıları, üşütmə, ağciyərdə şiddətli ağrı. Quru öskürək başladı, iştahsızlıq;

3-cü gün- Artıq hərarət yoxdur, vücud və ağciyər ağrıları artdı, quru öskürək, təngənəfəslik, həddən artıq yorğunluq və iştahın azalması davam edir;

4-cü gün- Simptomlar artıq yüngülləşsə də, təngənəfəslik davam edir, bəzən qoxu və dadbilmə qabiliyyətimi də itirirəm. Demək olar ki, heç bir şey yemək istəmirdim.

5-ci gün- Əlamətlər demək olar ki, eyni sürətdə davam edir, təngənəfəslik, iştahsızlıq, yorğunluq, dad və qoxubilmə qabiliyyətim bərpa olunmayıb.

publika.az

© xezerxeber.az


3016 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR