Rafael Dadaşovun qızından ÜRƏKDAĞLAYAN SÖZLƏR: “Atalar heç vaxt ölmür, yalnız...”

17.03.2020 15:01

"Atalar əbədidir. Onlar heç vaxt ölmür, yalnız yaxın olmağı dayandırır... Bəzən təsəvvür etməyə çalışıram ki, sanki sadəcə uzaqda yaşayır...”.

XəzərXəbər xəbər verir ki, bu sözləri dünən vəfat edən Xalq artisti Rafael Dadaşovun qızı Səidə Dadaşova instaqramda yazıb. Atası ilə fotosunu paylaşayan müğənni ağrısını sosial şəbəkədə izləyiciləri ilə bölüşüb:

"Cavab gözləmək təəssüf ki, mənasızdır.

Ata olduğu yerdə daha məktublar yoxdur ...

Ata heç vaxt ölmür ...

Yalnız ətrafında olmağı dayandırır...

Sizi bir mələk kimi müşayiət edir

və sevgisi həmişə yaşayır ...!”

Qeyd edək ki, 74 yaşlı R.Dadaşov dekabrın 2-də ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi.

© xezerxeber.az


302 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR