"Taxt oyunları"nın məşhur aktyoru koronavirusa yoluxdu

17.03.2020 14:43

"Taxt oyunları" serialının məşhur aktyoru Kristofer Hivyu koronavirusa yoluxduğunu etiraf edib.

Xarici mətbuat xəbər verir ki, aktyor karantində saxlandığını qeyd edib.

"COVID-19 testinin pozitiv çıxdığı üçün məyusam. Ailəm və mən evdən uzun müddət təcrid olunmalıyıq. Sağlamlığımız qaydasındadır, sadəcə yüngül soyuqdəymə simptomları var. İnsanları əllərini yuyaraq, digərlərindən məsafələrini qoruyaraq, virusun yayılmasının qarşısını almaq üçün əllərindən gələni etməyə dəvət edirəm. Çünki kimin koronavirusa yoluxacağı bəlli deyil və daha yüksək risk altında olanlar var. Bu virusla birlikdə mübarizə apara və xəstəxanalarımızdakı böhranın qarşısını ala bilərik. Xahiş edirəm bir-birinizə qayğı göstərin, məsafənizi qoruyun və sağlam qalın", - deyə 41 yaşlı Hivyu açıqlama yayıb.

Britaniyalı aktyor İdris Elbaya da koronavirus diaqnozu qoyulub. Bu barədə aktyor tvitter səhifəsində məlumat yayıb:

"Bu səhər COVID-19 virusuna dair analizim müsbət çıxdı. Özümü yaxşı hiss edirəm. Heç bir simptom yoxdur, amma diaqnoz qoyulduqdan bəri karantində saxlanılıram. Evdə qalın və praqmatik olun. İşlərin necə getdiyinə dair xəbərləri sizə bildirəcəm. Çaxnaşma yoxdur".

Qeyd edək ki, İ.Elba əsas məşhurluğunu "28 həftə sonra" (2007), "RoknRolla" (2008), "Götürücülər" (2010), "Kabus yarışçı 2: İntiqam atəşi", "Prometey" (2012) və "Tor" triloqiyası (2011, 2013, 2017) kimi filmlər sayəsində qazanıb./Publika.az

© xezerxeber.az

FOTOQALERIYA






106 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR