Pərvin bir gün hava limanında qaldı - FOTO

16.03.2020 14:02

"İnsanlar bir gündür çıxılmaz vəziyyətdə idi. Xəstələri, körpələri var idi. İnsanlar evlərinə qayıda bilmirdilər. Hamı yuxusuz, qorxu içində xəbər gözləyirdi”.

Bu sözləri İstanbuldan qayıdarkən bir gün hava limanında qalan aktrisa Pərvin Abıyeva instaqramda yazıb.

O bildirib ki, uçuşlar ləğv olunduğu üçün Bakıya qayıtmaqda problem yaranıb: "Xəbər ala bilmədikləri üçün hava limanında qalmışdılar. Normal olaraq mən də”.

Aktrisa daha sonra Bakıya qayıtdığını vurğulayıb./Publika.az

© xezerxeber.az


287 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR