Aktrisa Olqa Kurilenko da koronavirusa yoluxub

16.03.2020 09:27

Ukrayna mənşəli tanınmış Fransa aktrisası Olqa Kurilenko koronavirusa yoluxub.

Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə aktrisa özünün "Instagram” səhifəsində məlumat paylaşıb.

"Koronavirus diaqnozu ilə evdə izolyasiya şəraitində oturmuşam. Artıq bir həftədir xəstələnmişəm. Hərarət və zəiflik – mənim əsas simptomlarımdır. Ehtiyatlı olun və bunu ciddiyə alın!”, - aktrisa belə yazıb.

© xezerxeber.az


136 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR