“Taxt-tac oyunları”nın məşhur aktyoru vəfat etdi

10.03.2020 14:59

Əslən isveçli,"Taxt-tac oyunları” serialının ulduz aktyoru Maks fon Südov 90 yaşında vəfat edib.

RİA Novosti xəbər verir ki, bu barədə məlumatı həyat yoldaşı təsdiqləyib.

Fransada vəfat edən Maks fon Südov İnqmar Berqmanın filmlərinə çəkiləndən sonra dünya şöhrəti qazanıb.

O, Bermanın "Yeddinci möhür”, "Çiyələk talası”, "Sifət”, "Canavar vaxtı” kimi ekran işlərində çəkilib. Ümumilikdə, aktyor 150-dən çox filmdə rol alıb, iki dəfə"Oskar” mükafatına namizəd göstərilib.

Bundan başqa, Südov"Taxt-tac oyunları” serialında lord Brindeni canlandırıb./oxu.az

© xezerxeber.az


191 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR