Türkiyəli məşhurlar ayağa qalxdı

28.02.2020 11:53

İdlibdə Türk Silahlı Qüvvələrinə hava hücumu nəticəsində şəhid olan əsgərlərin sayı 33-ə çatıb.

Türkiyə mətbuatı xəbər verir ki, yaralı hərbçilər intensiv müalicə alır və onların həyati təhlükəsi yoxdur. Türkiyəli sənət adamları ölkəni yasa boğan hadisəyə biganə qalmayaraq əsgərlərin ailələrinə instaqramda başsağlığı verərək ürək sözlərini ifadə ediblər.

Acun Ilıcalı, Şahan Gökbakar, Demet Akalın, Berna Laçın, Alişan, Sinan Akçıl, Pınar Altuğ, Deniz Seki, Ferhat Göçer, Beyaz Öztürk, Oktay Kaynarca, Seda Sayan və başqaları vətən uğrunda şəhid olan əsgərlərə Allahdan rəhmət diləyib.

© xezerxeber.az


182 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR