“Həmişəcavan” 41 yaşlı qadın gənc qalmasının sirrini açıqladı - FOTO

27.02.2020 15:50

Məşhur tayvanlı bloqer Emi San Yunyun 41 yaşından daha gənc görünməsinin səbəbini açıqlayıb.

"Daily Mail”in yaydığı xəbərə görə, görənlər Yunyunu20 yaşlı qızının bacısıhesab edirlər.

O, xarici görkəminin cavan görünməsininəsas səbəbini gündəlik dərisinə etdiyi qulluqla əlaqələndirir.

Yunyunun dediyinə görə, o, bədəninə gündə bir neçə dəfə nəmləndirici krem çəkir.

Bu zaman boyun nahiyəsinə xüsusi diqqət etmək lazımdır, çünki məhz bu hissə insanın yaşını müəyyən etməyə imkan verir.

Bundan əlavə, bloqer tərəvəzləri qida rasionuna əlavə etməklə ciddi olmayan pəhriz saxlayır. O, C vitaminini təmin etmək üçün hər gün alma suyu içir.

Hər gün səhər idmanı edən Yunyun bununla yanaşı, həftədə iki dəfə də idman zalına gedir.

O, gündəlik nəzarət etdiyi çəkisinin artdığı vaxt qida qəbul etməyi azaldır.

oxu.az

© xezerxeber.az


303 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR