Məşhur aktrisanın həyatı təhlükədədir

26.02.2020 11:53

Mərhum sənətçi Müslüm Gürsesin həyat yoldaşı və aktrisa Muhterem Nurun həyati təhlükəsi davam edir.

Türkiyə mətbuatı xəbər verir ki, fevralın 18-də xəstəxanaya aparılan Muhterem Nur reanimasiya şöbəsinə yerləşdirilib.

Çoxsaylı orqan çatışmazlığı diaqnozu qoyulan və dərmanlarla müalicə olunan Nurun bir gün əvvəl oyandırılması planlaşdırılırdı. Ancaq həkimləri həyati təhlükəsi olan sənətçinin üzərində etdiyi sınaq və testlərdən sonra oyandırmaq müddətini təxirə salmağa qərar verib.

Türkan Şoray, Hülya Koçyiğit və Filiz Akın kimi əfsanəvi kino ulduzları Möhtərəm Nuru xəstəxanada ziyarət etmək istəyib. Ancaq yoluxma riski olduğu üçün sənətçilərin ziyarətinə icazə verilməyib./publika.az

© xezerxeber.az


184 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR