Aralarında 18 yaş fərq olan məşhur cütlük evlənir - FOTOLAR

18.02.2020 15:04

Türkiyəli komediya ustası Cem Yılmaz özündən 18 yaş kiçik aktrisa sevgilisi Serenay Sarıkaya ilə evlənməyə hazırlaşır.

Bu barədə "Posta” məlumat yayıb.

Bildirilib ki, Afina tətilindən yenicə qayıdan cütlük nikah masasına oturacaq.

Qeyd edək ki, Cem Yılmaz ilk dəfə aktrisa Ahu Yağtu ilə ailə qurub. Kamal adlı oğul sahibi olan cütlük 2013-cü ildə boşanıb. Yılmaz son olaraq aktrisa Defne Samyeli ilə dillər əzbəri olan sevgi macərası yaşayıb. Serenay Sarıkaya isə həmkarı Kerem Bursinlə 3,5 illik münasibətdə olub. Lakin cütlüyün evlənmək fikri olmayıb./publika.az




© xezerxeber.az


223 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR