Məşhur aktyora 1 il 7 ay həbs cəzası verildi

05.02.2020 15:52

Məşhur kino ulduzu Gökçe Özyola 1 il 7 ay həbs cəzası verilib.

Türkiyə mətbuatı xəbər verir ki, türkiyəli aktyor Gökçe Özyol içkili halda avtomobil idarə etdiyi halda yol polisləri tərəfindən yaxalanıb. Polis ona sadəcə 500 Tl cərimə yazmaq istəsə də, aktyorun keçmişdə həyat yoldaşına zorakılıq tətbiq etdiyi üzə çıxıb. Sərxoş halda avtomobil idarə edən aktyorun bu hərəkətindən sonra məhkəmə qərara gəlib ki, sənətçinin əvvəllər təxirə salınmış cəzası yenidən qüvvəyə minsin. Beləliklə Özyol 1 il 7 ay həbs cəzasına məhkum edilib.

Gökçe Özyol 2013-cü ildə keçmiş həyat yoldaşı Gökçe Aytaç Özyolu döyməsi ittihamı ilə mühakimə olunub. Aktyor 1 il 7 ay həbs cəzasına məhkum edilsə də, ilk cinayətinin olduğu nəzərə alınaraq 5 il müddətinə nəzarət altında saxlanılmasına qərar verilib.

publika.az

© xezerxeber.az

FOTOQALERIYA






274 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR