“Azərbaycanın ən yaraşıqlı bəyi” Rüstəm Cəbrayılov ilk dəfə toy tarixini açıqladı

04.02.2020 13:47

"Toyumuz iki aydan sonra olacaq. Öncədən də deyim ki, toyum mediaya qapalı şəkildə keçiriləcək”.

Bu sözləri Oxu.Az-ın əməkdaşı ilə söhbətində 2006-ci ildə "Best model of Azerbaijan” və 2007-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən "Best model of the World” gözəllik və model yarışlarının qalibi Rüstəm Cəbrayılov deyib. Məşhur model nışanlısı haqqında danışmaq istəməsə də, açıqlamanı ondan kəlbətinlə də olsa, aldıq.

"Sevib-seçdiyim xanımla uzun illərdir ki, bir-birimizi tanıyırıq. "Dostluqdan sevgiyə” mövzusu da deyil. Sadəcə, hər şeyi açıb, ağartmaq istəmirəm” - deyə, Rüstəm bildirdi.

R.Cəbrayılov nişanxəbəri ilə saytların manşetinə çevrilməkdən narahatlıq keçirdiyini açıq-aydın bürüzə verdi:

"Heç istəmirdim ki, nişanlanmaq xəbərim bomba kimi partlasın və hamının dilində saqqız olsun. Amma oldu. Evlənmək lazımdır. Mən yaxşı vaxtda nişanlanmışam (gülür). Qarşıda 14 fevral, nişanlımın ad günü, 8 mart və s. gəlir”.

"Sevgililər günündə nişanlınıza nə hədiyyə edəcəksiniz?” sualına Rüstəmin cavabı həm özünün, həm də ətrafdakıların üzünü güldürdü:

"İstəyirəm bank yarım (gülür). Sürpriz olsun, açıqlamayım, amma təbii ki, mütləq şəkildə nişanlımı təbrik edəcəyəm. Əlavə xərclərim çoxdur”.

Redaksiyamızın əməkdaşı ilə söhbətində R.Cəbrayılov çox qısqanc cütlükolduqlarını dilə gətirdi:

"Nişanlım çox qısqancdır. Mən isə ondan daha çox qısqancam. Qısqanclıq həddiniaşmayanda, yerində gözəldir. Mən öz aləmimdə o limiti, həddi saxlayıram. Qısqanclıqda da balansı qoruyub saxlayırıq”.

"Sizi "Azərbaycanın ən yaraşıqlı bəyi” adlandırırlar. Bu fikirlə razısınız?” sualına isə R.Cəbrayılovun reaksiyası belə oldu:

"Özümə heç vaxtı bu sözləri deməmişəm. Kənardan amma daha çox eşidirəm. 15 ildirmodellik sahəsində çalışıram. Bu müddət ərzindəhaqqımda danışılıb, müzakirə edilən "Azərbaycanın ən yaraşıqlı bəyi” mövzusu var.

İnanın, özümə də qəribə gəlir ki,15 il ərzində məndən yaraşıqlısıüzə çıxmadı? (gülür) Həyatı boyu özümü"Azərbaycanın ən yaraşıqlı bəyi” adlandırmamışam. İnsanlar var ki, sosial şəbəkələrdə şəklimin altında "Yaraşıqlı qardaşım, oğlum, ərimdir” və s. yazırlar. Model biznesində xeyli nailiyyətlər əldə etmişəm, amma heç vaxt boğazdan yuxarı çıxışlarım olmayıb. Əgər kimsə "Azərbaycanın ən yaraşıqlı bəyi” olduğumudeyirsə, o onların şəxsi işləridir. Mən ağzımdan belə kəlməindiyə kimi çıxarmamışam.

© xezerxeber.az


368 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR