"Eurovision-2020" üçün mahnı qəbulu elan edilib - ŞƏRTLƏR

22.01.2020 15:58

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) "Eurovision-2020" üçün mahnı qəbulu elan edib.

İTV-dən verilən məlumata görə, "Eurovision" mahnı müsabiqəsində Azərbaycanın iştirakı ilə bağlı milli seçim turunda mahnı qəbuluna başlanılıb.

"Eurovision - 2020” üçün mahnı seçimində iştirak etmək istəyənlər 7 fevrala qədər öz mahnılarını eurovision2020@itv.az elektron ünvanınavə ya (050) 235 85 65 whatsapp nömrəsinəgöndərə bilərlər.

Azərbaycan üzrə rəsmi yayım hüququna sahib İctimai Televiziya və Radio Yayımları Şirkəti bu ilin mayında Hollandiyanın Rotterdam şəhərində keçiriləcək "Eurovision 2020" mahnı müsabiqəsində ölkəmizin təmsil olunacağı mahnı seçiminə dair şərtlərini də açıqlayıb.

Şərtlərdə qeyd edilir ki, göndəriləcək mahnı demo versiyada hazır şəkildə səsləndirilmiş olaraq təqdim edilməlidir. Mahnının xronometrajı Avropa Yayımları Birliyinin (EBU) şərtlərinə əsasən maksimum 3 dəqiqə olmalıdır. Mahnı 2019-cu ilin sentyabrın 1-dən öncə ictimaiyyətdə, eləcə də rəsmi olaraq hər hansısa mediada (televiziya, radio və ya internet resursları) yayımlanmamalıdır. Mahnı seçimi turunda iştirak edəcək hər kəs özü haqqında qısa məlumat da yollamalıdır.

Müsabiqə üçün təqdim olunan mahnıların hansı müğənninin ifasında səsləndirilməsi seçimi yalnız "Eurovision”nun rəsmi yayımçısı İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.

© xezerxeber.az


146 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR