Hollivud ulduzu 11 saat dənizdə əlacsız vəziyyətdə qalan şəxsi xilas etdi

09.01.2020 17:23

Dünya şöhrətli Hollivud aktyoru Leonardo Di Kaprio dənizdə batan insanı xilas edərək, onu ölümdən qaytarıb.

Hadisə Karib dənizindəbaş verib.

24 yaşlı şəxs 11 saat dənizin üzərində qalıb. Gücsüz və əlacsız vəziyyətdə qalan oğlanın yardımına dəbdəbəli yaxtasında dincələn Leonardo gəlib. Hollivud ulduzuoğlanı şəxsən özü xilas edib.

Möcüzəvi xilasetmə böyük fırtına başlamazdanöncə baş verib. Çətinliklə sağ qalan və sözün həqiqi mənasında, bəxti üzünə gülən gəncdərin dəniz sularından xilas edilərək, aidiyyətiüzrə təhvil verilib./oxu.az

© xezerxeber.az


178 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR