Tarixin ən gəlirli cizgi filmi bəlli oldu

07.01.2020 17:22

"Uolt Disney” studiyasının çəkdiyi "Soyuq ürək 2” cizgi filmi dünya kinematoqrafiya tarixinin ən gəlirli cizgi filmi olub.

Kult.az xəbər verir ki, animasiya filminin kassa yığımları 1,3 milyard dolları ötüb.

"Soyuq ürək 2” studiyanın 2019-cu ildə milyard dollardan artıq gəlir gətirən 6-cı kinolayihəsi olub.

Qeyd edək ki, bundan əvvəl ən gəlirli cizgi filmləri "Superailə 2” (1.2 milyard dollar) və "Soyuq ürək” (1,2 milyard dollar) hesab edilirdi.

© xezerxeber.az


181 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR