Tanınmış aktrisa ekranlara geri dönmək üçün şərt qoydu

09.12.2019 17:26

Türkiyəli aktrisa Fahriye Evcen ekranlara geri dönmək üçün şərtlərini açıqlayıb.

Apreldə oğlu Karan dünyaya gəldikdən sonra heç bir layihədə yer almayan aktrisa geri dönmək üçün prodüserlərin qarşısına şərt qoyub.

Fahriye oğlunu özü böyütmək üçün həftəniniki günü və bayram günlərində işləməyəcəyini, yalnız doqquz saat çəkilişlərdə ola biləcəyini qeyd edib. Hələlik heç bir layihədə olmaq istəməyən aktrisa şərtləri müqabilində ürəyincə olan bir işlə ekranlara geri dönəcək. Hətta oğlu Karana özü baxması üçün yüksək məbləğli təkliflərə yox deyir.

Qeyd edək ki, Fahriye Evcen 2017-ci ildə aktyor Burak Özçivitlə evlənib.

Oxu.az

© xezerxeber.az


161 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR