Monteneqro və Macarıstan “Eurovision”da iştirak etməyəcək

16.11.2019 09:17

2020-ci ilin mayında Niderlandın Rotterdam şəhərində keçiriləcək "Eurovision” beynəlxalq mahnı müsabiqəsində iştirak edəcək ölkələrin siyahısı məlum olub.

Xezerxeber.az xəbər verir ki, budəfəki yarımada 65 ölkə mübarizə aparacaq. "Eurovision-2020” yarışmasında Monteneqro və Macarıstan iştirak etməyəcəyini açıqlayıb. Əvəzində Bolqarıstan və Ukrayna yarışmaya qayıdıb. Hansı ölkələri hansı ifaçıların təmsil edəcəyi isə 2020-ci ilin yanvarın 28-də bəlli olacaq.

Qeyd edək ki, 1956-cı ildən keçirilən "Eurovision” yarışı Avropa Yayım Birliyinin layihəsidir. Azərbaycan bu yarışmaya 2008-ci ildən qatılıb və bir dəfə – 2011-ci ildə Nigar Camal və Eldar Qasımovla 1-ci yeri tutub.

© xezerxeber.az


117 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR