Bu dünya ulduzu 13 ildir mobil telefondan istifadə etmir

14.11.2019 16:57

İngilis pop müğənnisi Robbi Uilyams etdiyi etirafla gündəmə gəlib.

"The Guardian”ın məlumatına görə, məşhur müğənni 13 ildir ki mobil telefondan istifadə etmədyini deyib:

"2006-cı ildən bəri telefonum olmayıb. Mən həmişə kompüterdən istifadə edirəm, həmişəinternetə çıxışı var”.

Robbi sosial media hesablarının şifrələrinin onda olmadığını, bu məsələdə yardımçılarının köməyindən istifadə etdiyini bildirib.

2018-ci ilin yayında Uilliams Rusiya ilə Səudiyyə Ərəbistanı arasında keçirilən futbol üzrə Dünya Çempionatının ilk matçından əvvəl Moskvadakı Lujniki stadionunda çıxış edib. Robbi səhnədə olarkən göstərdiyi ədəbsiz əl hərəkətindən də danışıb. Onun sözlərinə görə, bu hərəkətinaçıqlaması "Mən bunu pulsuz etdim” kimidir.

© xezerxeber.az


155 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR