Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Bacısı məşhur aktrisanı MƏHKƏMƏYƏ VERDİ: “Atam ölüm döşəyində...”

05.11.2019 11:57

Məşhur aktrisa Bergüzar Korellə bacısı Zeynəb Korel arasındakı qalmaqal səngimək bilmir.

Türkiyə mətbuatı xəbər verir ki, Amerikaya köçən Zeynəb Korel onu ləkələməyə çalışdığı üçün bacısını məhkəməyə verməyə hazırlaşır.

O, açıqlamasında bildirib ki, aktrisa anası ilə olan mesajlarını dəyişdirərək qəzetə verib: "Aramızdakı mesajları dəyişdirib qəzetə verdi. Anam aramızdakı mübahisəni həll edə bilmədi, məni tək qoydu. Atam ölüm yatağında "Məni bunların əlində qoyma” demişdi. Haqlı idi, bunu indi daha yaxşı başa düşürəm”.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyə mətbuatına açıqlama verən Zeynəb Korel ailəsi haqqında gizli faktları açıqlamışdı. Onu da qeyd edək ki, Bergüzar Korel tanınmış aktyor Tanju Korelin qızıdır./publika.az

© xezerxeber.az


160 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR