Məşhur aktyor restoran açır

01.11.2019 17:53

Türkiyəli aktyor İsmayıl Hacıoğlu restoran açır.

İstanbulun Hasköy limanında aldığı mülk aktyora dördmilyon lirəyə başa gəlib.

Hazırda həmin ərazidə inşaat işləri aparılır.

Daha geniş və əzəmətli restoran açmaq isətəyən İsmayıl Hacıoğlu sərmayəsini 7-8 milyon lirəyə yüksəltmək istəyir. Aktyor bunun üçün şərik axtarır.

İstanbulun Hasköy limanındakı ən böyük restoran açmağı planlaşdıran aktyorməkanın menyu və dekor işlərinə kimi bütün işlərlə özü məşğul olmaq istəyir.

Qeyd edək ki, aktyor hazırda "Star TV” də yayımlanan reytinqli "Çocuk” serialında baş rolda oynayır. Aktyor zlənmə rekordları qıran"Ayla” filmi ilə dünya şöhrəti qazanıb.

© xezerxeber.az


133 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR