Bergüzarın Amerikada xadimə işləyən bacısı haqqında daha bir ŞOK FAKT

12.10.2019 10:34

Xəbər verdiyimiz kimi, məşhur aktrisa Bürgüzar Korelin bacısı Zeynəb Korel Amerikaya köçərək yeni həyata başlayıb.

Tanınmış kino ulduzunun bacısının Amerikada evlərə təmizliyə getməsi böyük səs-küy yaratmışdı. Lakin onun bacısı haqqında yeni faktlar üzə çıxıb. Məlum olub ki, Zeynəb Korel İvan adında serbiyalı bir qadınla evlidir.

Bu məlumatı "TV8" kanalında yayımlanan "Gel konuşak” verilişinin aparıcısı Çingiz Semercioğlu yayıb. Aparıcının sözlərinə görə, aktrisa illərlə bacısına maddi yardım göstərib.

"Bergüzar həqiqətən bacısına mütəmadi olaraq pul göndərirdi. Zeynəb Korelin birdən-birə çıxıb Amerikada xadiməlik etməsini mətbuata açıqlamasının altında başqa bir səbəb yatır. Çünki Bergüzar pul göndərməyi dayandırıb. Zeynəb xanım orada İvan adlı qadınla münasibətdədir. Bundan sonra Zeynəb bacısını biabır etməyə qərar verir. Hətta "Səni ərindən boşatdıracağam” təhdidləri yağdırır” , - deyə aparıcı qeyd edib./publika.az

© xezerxeber.az


475 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR