Anası ulduz futbolçuya sevgilisi ilə yaşamağı qadağan etdi

07.10.2019 13:13

"Meçester Siti"nin futbolçusu Qabrel Xesus özünə yeni sevgili tapıb.

"The Sun"  xəbər verir ki, 22 yaşlı braziliyalı forvard həmyerlisi, model Fernando Keysorla birlikdədi. Onlar artıq bir aydı görüşürlər. Hətta model futbolçunun Çempionlar Liqasının "Dinamo" ilə Xorvatiyadakı oyununu canlı izləmək üçün Braziliyadan Zaqrebə uçub.

Maraqlıdı ki, Qabriel Xesusla Fernando Keysor bir yerdə yaşamır. Belə ki, modellə futbolçu birlikdə bir az zaman keçirir və Keysor onun üçün oteldə ayrılmış otağa dönür.

Buna səbəb isə futbolçunun anasıdı. Belə ki, Vera Lsiia Diniz de Xesus oğlunun şəxsi həyatına nəzarət edir və etik səbəblərdən Keysorun evlərində qalmasına icazə vermir.

Bununla bağlı danışan Vera Lusia "Oğlum qızlarla mənim qaydalarıma görə münasibət qurmalıdı. Onlarla öpüşməməli və başqa bir hərəkət etməməlidi. Qız oteldə yaşamalı və bəlli zamanlarda görüşməlidilər. Oğlumun qızlara hörmətsizlik etməsinə əsla icazə vermərəm" deyib.

Fanat.Az





© xezerxeber.az


100 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR