Aygün özünə ev aldı - Röyanın qonşusudur

04.10.2019 17:53

Xalq artisti Aygün Kazımova özünə yeni ev alıb.

XəzərXəbər Axşam.az-a istinadla xəbər verir ki, budəfəki evini də hündürmərtəbəli binadan seçən sənətçi bir müddətdir ki, orada yaşayır.

Maraqlı məqam isə orasındadır ki, bir neçə il öncə eyni binada onunla küsülü olan Əməkdar artist Röya Ayxan məskunlaşıb.

Üç ildən çoxdur burada yaşayan sənətçi əvvəllər binanın girişində Aygün Kazımovanın reklam posteri ilə qarşılardısa, artıq zaman-zaman özünü görmək məcburiyyətində qalır.

Bildirilir ki, göydələnin parkinq bölməsində qarşılaşan sənətçilər bir-birini görməzlikdən gəlirlər.

Qeyd edək ki, Aygün Kazımovanın Nəsimi rayonunda, Röya Ayxanın isə Bilgəh qəsəbəsində evləri var. A.Kazımovanın bina evi yaşamağa əlverişli olsa da, R.Ayxanın Bilgəhdəki dördmərtəbəli evininin tikintisi bir neçə müddətdir ki, başa çatmayıb.

Onu da bildirək ki, sənətçilər arasındakı qalmaqalın tarixi 15 ilə dayanır. Onlar bir neçə dəfə barışsa da, bu, uzunmüddətli olmayıb.

© xezerxeber.az


147 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR