Ancelina Coli daha ərə getməyəcək

04.10.2019 17:48

Hollivud ulduzu Bred Pitlə qalmaqallı şəkildə ayrılan aktrisa Ancelina Coli bir daha ərə getməyəcəyini deyib.

XəzərXəbər axşam.az-a istinadən bildirir ki, aktrisa heç vaxt nikah bağlamaq istəməsə də, keçmiş əri Bred Pitt onu buna vadar edib. İndi artıq Ancelina özünü tam sərbəst hiss edir və uşaqları ilə birlikdə dünya səyahətinə çıxmağı planlaşdırır.

Qeyd edək ki, Bred Pitt də artıq keçmiş xanımı ilə barışıb. "O, aradakı düşmənçiliyin keçmişdə qalmasından çox məmnundur. Artıq uşaqları aktyor üçün əsas yerdədir", deyə cütlüyə yaxın mənbə bildirib.

© xezerxeber.az


100 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR