Beyonsun atasında döş xərçəngi tapıldı

03.10.2019 17:01

Dünya ulduzu Beyonsun atası və eks meneceri Metyu Noulzda kişilərdən nadir halda diaqnoz olunan döş xərçəngi tapılıb.

XəzərXəbər Medicina.az-a istinadla xəbər verir ki, kişi bu barədə ailəsinə məlumat verməyib, yalnız məşhur verilişlərin birində etiraf edib. Xərçəngin hansı mərhələdə olması, harda müalicə olunması barədə məlumat verməyib.

Hələ ki, müğənnidən atasının səhhəti ilə bağlı açıqlama almaq mümkün olmayıb.

Amma Beyons anasından boşanan və 2012-ci ildən işbirliklərinə də son qoyduğu atasını çox sevdiyini və ömrünün sonuna kimi ona təşəkkür edəcəyini bildirmişdi.

© xezerxeber.az


111 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR