"Bunu özümə bağışlaya bilməyəcəm" - Elnarə Röya ilə barışmasından danışdı

25.09.2019 15:10

"Məndə heç bir küskünlük olmayıb. Əslində, onda da olmayıb. Mən oxuyurdum, ürəyi istədi, durdu oynamağa başladı. Heç bir qərəz hiss etmədi, demək ki, problemi yoxdur. Mahnının sonuna yaxın hiss etdim ki, onunla salamlaşmaq istəyirəm. Beynimdə çox düşündüm ki, yaxınlaşım, ya yox. Sonra dedim ki, əşi, islanmışın yağışdan nə qorxusu?".

XəzərXəbər xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında müğənni Elnarə Xəlilova yeni barışdığı Əməkdar artist Röya Ayxanla bağlı sualları cavablandırarkən deyib. Sənətçi barışıq addımını belə izah edib:

"Etmədiyin işin peşmanlığı daha çox olur. Fikirləşdim ki, etməsəm, bunu özümə bağışlaya bilməyəcəm. Onsuz da biz onunla hər zaman görüşmüşük, münasibətimiz normal olub. İnstaqramda problem çıxdı, Allah şeytana lənət etsin. Heç yadımda deyil, elə bilin ki, olmayıb. Evdə iki bacı arasında da dodaq boyası, corab üstündə dava olur. Övladlarım bütün günü bir-birini qırırlar. Neqativi yadda saxlamağın nə mənası var ki? Bu, kimə xeyir gətirib? Kinli insan deyiləm. Münasibətləri aydınlaşdırandan sonra hər şeyin üstündən keçmək olar".

E.Xəlilova Almaz Saraylının xalası olması barədə məlumata da aydınlıq gətirib:

"Almaz Saraylı xalam deyil. Sadəcə Mina gənc olduğundan qohumluq əlaqələrini qarışdırıb. Almaz xalam qızıdır. Mina ona hörmət etdiyindən "xala" deyə, müraciət edir. Verilişdə də elə deyib".

© xezerxeber.az


297 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR