10 kiloqram arıqlayan müğənni Hadisəyə söz atdı

23.09.2019 12:27

Türkiyəli müğənni Yeşim Salkım xeyli çəki atıb.

XəzərXəbər Axşam.az-a istinadla xəbər verir ki, 10 kiloqram arıqlayan ifaçı konsertində Hadisəyə söz atıb.

"Bizim səhnəmizdə ventilyator, rəqqasələr yoxdur. Jartiyer yerinə tulum geyinirəm. Biz canlı oxuyuruq, yaxşı da olsa, pis də olsa, hər zaman belə oxumağı tərcih edirik" deyə, o bildirib.

Sevgilisi olmadığını söyləyən Salkım musiqiçi olan şəxslə eşq yaşamaq istədiyini deyib:

"Mənim üçün öncə ailəm, daha sonra sənətimdir. 5 ildir həyatımda heç kim yoxdur. Ancaq sevdiyim şəxsin musiqiçi olmasını istəyirəm. Məni daha yaxşı anlaya bilməsi üçün".

© xezerxeber.az


401 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR