Məşhur model internetdə tanış olduğu kişi ilə görüşə getdi, başına gəlməyən qalmadı - FOTO

22.09.2019 13:41

26 yaşlı "Instagram” fenomeni və model Codi Veston virtual aləmdə əsl sevgisini axtardığı vaxt başına gələnləriaçıqlayıb.

Türkiyə mediası xəbər verir ki, şöhrəti zirvələrdə olsa da, həqiqi sevgisini tapmadığındansıxılan model sonundainternetə müraciət edib.

İnternetdə tanış olduğu insanlarla bir-birindən dəhşətli görüşlərə getdiyini deyən Veston ilk görüşünü belə xatırlayıb: "Üzünü az qala dekoltemdə gizlədəcəkdi. Daha da yaxınlaşmağa çalışdığı vaxt stuldanyıxıldı. Çox dəhşətli idi”.

"Daily Mirror”a etdiyi açıqlamada model başqa bir görüşdə kinoya getməyindən də danışıb. Model deyib ki, görüşdüyü adamın evli olduğunuonun həyat yoldaşı kinozala hücum edəndə öyrənib.

Başqa bir görüşdə isə Veston tanış olduğu adama münasibətlərinin davam etməyəcəyini deyib. Həmin adam hoqqabazlıq etməyə, modelin qapısında "çixuaxa” cinsli itlə dayanmağa başlayıb. Həmin şəxsin günlərlə qapısının ağzından çəkilmədiyini görən Veston qorxusundan bir müddət öz ailəsi ilə yaşamağa məcbur olub.

Yaşadığı macəralardan sonra məşhur model bir daha internetlə tanış olmamağa və görüşəcəyi adamları daha diqqətlə seçməyəqərar verib.

© xezerxeber.az


725 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR