Arvadı məşhur futbolçunu bağışlamadı

09.09.2019 14:59

Futbolçu Vesli Sneyder və model həyat yoldaşı Yolante Kabau boşanır.

Xanımı ilə barışmaq üçün bütün yollara əl atsa da, buna müvəffəq olmayıb. Hətta Sneyderin "Axmaqlıq etdim. Hər şeyi mən bərbad etdim, həm də dəfələrlə" deyə, etiraf etməsi belə Yolanteni qərarından döndərməyib.

"Çətin günlər yaşayıram. Ancaq bu dönəmdən güclənərək çıxacağam. İnsanı sevgi ağrıtmır, yanlış seçimləri ağrıdır. İndi bütün həyatım oğlumdur" deyə, Hollandiyada "Qraziya" jurnalına müsahibə verən model deyib.

2010-cu ildə ailə quran cütlüyün Xess Xava adlı 3 yaşlı oğlu var.

Fanat.Az

© xezerxeber.az


252 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR