Bred Pittin Ancelina Coli ilə boşanmasına səbəb olan alkoqol asılılığını görünür.
"The New York Times”a verdiyi müsahibədə aktyor anonim içki düşkünlərinin toplandığı terapiyaların ona kömək etdiyini etiraf edib. O, il yarım ərzində bu görüşlərə gedib və digər asılı insanlarla söhbət edib.
"Özüm üçün mümkün olan maksimum nəticəni əldə etdim. Yanımda başqa insanlar oturmuşdu. Onlar açıq və vicdanla əvvəllər eşitmədiyim hadisələri nəql edirdi. Hamımızın şəxsi həyat toxunulmazlığı təmin olunmuşdu” , - deyə aktyor anonim içki düşkünləri icması haqqında danışarkən qeyd edib.
"Yeri gəlmişkən, sözügedən icma aktyorun şəxsi həyatının toxunulmazlığını təmin edib. Qrupda heç kim Bred Pittin hekayəsini tabloidlərə satmayıb.
"Mənim üçün terapiya əsl azadlığa və pis tərəflərinin ifşa olunmasına çevrildi. Bu, çox dəyərlidir” , - deyə Bred əlavə edib.
Xatırladaq ki, Ancelina Coli təyyarədə bir ailə mübahisəsindən sonra, 2016-cı ilin sentyabrında boşanma iddiası qaldırdı. Pittin baş verənlərdən sonra hələ də ünsiyyətdə olmadığı oğlu ilə Maddoks ilə mübahisə etdiyi, hətta ona əl qaldırdığı iddia edilmişdi.
Boşanma prosesinin başlamasından bir neçə ay sonra Bred "Ulduzlara" (Ad Astra) filmində çəkilməyə razı oldu. Aktyorun sözlərinə görə, o, şəxsi problemlərini qəhrəman obrazına sərmayə qoyub. O, sözlərinə belə davam edib:
"Ailə problemlərim var idi. Bu mövzunu açmamağa üstünlük verirəm. Fakt budur ki, hər birimiz ağrı, kədər və itki yaşayırıq. Həyatımızın çox hissəsini onları içimizdə gizlətməklə keçiririk. Hər halda açmağa dəyər”./publika.az
© xezerxeber.azKoronavirusdan sağalanlar da peyvənd olunmalıdırmı? - AÇIQLAMA
Estakadadan aşan sərnişinlə dolu avtobus havadan asılı qaldı - VİDEO
Vaksinasiya yalnız həkim yoxlanışı və göstərişi ilə ediləcək
“Azəriqaz”: Heç bir abonentə sərfiyyatdan artıq borc yazılmır
Peyvənd üçün istifadə edilən vaksinlər: Hansı daha effektivdir?
Ağdam Çörək muzeyi də erməni vandallığına məruz qalıb - FOTOLAR
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB
Azərbaycanda iki şirkətin rəhbəri həbs edilib - SƏBƏB - VİDEO
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Könüllü gedənlər nə vaxt qayıdacaq? - Müdafiə Nazirliyindən açıqlama
Dağlıq Qarabağda erməni əhalisinin sayı: işğala qədər və sonra
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB