İzləyicisindən aktrisaya sərt sözlər - Bir can getsin, digəri...

04.08.2019 15:59

Türkiyənin məşhur aktrisası Beren Saatın Qurban bayramı üçün leykemiya xəstəsi olan uşaqlar üçün yardım kampaniyasına dair paylaşımı birmənalı qarşılanmayıb.

Izləyicilərdən birinin şərhi sənətçini əsəbiləşdirib.

"Hər qurban, leykemiyalı uşaqlara can!" kampaniyasına dəstək verən Saatın təqibçisi ona "Belə bir paylaşım etdiyinizə inanmıram, bir can getsin, digəri qurtulsunmu?" sözlərini yazıb.

Aktrisa isə "Qurban kəsimi bədəlini leykemiyalı uşaqların müalicəsinə yönəltmək prosesində canmı gedir? Xahiş edirəm, əvvəlcə oxuyub başa düşək, sevgilər" cavabını yazıb.

Teleqraf.com

© xezerxeber.az


318 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR