Bergüzar Korel qarnını hər kəsdən gizlətdi

29.07.2019 11:48

Aktrisa Bergüzar Korelin hamilə olduğu iddia edilir.

Aktrisa dünən həyat yoldaşı Halit Ergençlə birlikdə menecerləri Ayşe Barımın doğum günündə iştirak edib. Cütlük məkandan çıxarkən fotoqrafların kameralarına tuş gəlib.

Bu zaman göbəyi açıq bir bluz geyən Bərgüzar Korel qarnını çantası ilə gizlətməyə çalışıb. İddia edilir ki, Bərgüzar Korel ikinci uşağına hamilədir. Ancaq hamiləliyi hələ çox yenidir. Odur ki, hamiləliyi 3 aylıq olana qədər heç bir açıqlama vermək istəmir.

Qeyd edək ki, 9 yaşında bir oğlu olan ulduzlar keçən il verdikləri bir müsahibədə ən qısa zamanda daha bir övlad sahibi olduğunu etiraf etmişdi./publika.az

© xezerxeber.az


437 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR