Stiven Siqal həyat yoldaşı ilə "JARA"da

27.07.2019 13:55

"JARA 2019" Beynəlxalq Musiqi Festivalının qonaqları sırasına Hollivud ulduzu Stiven Siqal da qatılıb.

Trend-in məlumatına görə, ulduz Bakıya Monqolustandan olan xanımı ilə təşrif buyurub.

Festivalı çox bəyəndiyini vurğulayan aktyor bildirib: "Emin mənim dostumdur və mən böyük məmnuniyyətlə onun Bakıya dəvətini qəbul etdim. Yenidən Azərbaycanda olmağıma çox şadam. Xəzər sahilində dincəlmək, bu möhtəşəm festivalda iştirak etmək xoşdur".

Qeyd edək ki, "JARA-2019" musiqi festivalı 25-28 iyul tarixində Xəzər dənizinin sahilindəki ən gözəl istirahət mərkəzlərinin birində keçirilir. Bu il "JARA 2019"da 250-ə yaxın sənətçi iştirak edir.

© xezerxeber.az


299 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR